Cari ildə 63 mln.dollarlıq elektrik enerjisi ixrac olunub

11:59 - 16.10.2019


16 oktyabr, Fineko/abc.az.  Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, yanvar-sentyabr aylarında ölkədən 1 milyard 455 milyon 380 min kilovat/saat elektrik enerjisi ixrac olunub.

Qeyd olunur ki, cari ildə ixrac olunan elektrik enerjisinin dəyəri 62 milyon 947 min dollar təşkil edib.

Xatırladaq ki, ötən ilin eyni dövründə 1 milyard 266 milyon 198 min kilovat/saat elektrik enerjisi ixrac edilmiş, həmin ixracın dəyəri isə 59 milyon 637 min dollar olmuşdu.

 

Bütün xəbərlər