Qazma qurğularına tələbat azalmaqdadır - Ramin İsayev

12:48 - 16.10.2019


16 oktyabr, Fineko/abc.az. Xərclərin artması neft-qaz sənayesinin inkişafında qarşımızda duran əsas çətinliklərdən biridir.

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən SPE Xəzər Texniki Konfransında SOCAR AQŞ-nin rəisi Ramin İsayev deyib.

Sözügedən sektordakı çətinliklərə toxunan SOCAR rəsmisi onun aradan qaldırılma yollarından da danışıb: "Hazırda qazma qurğularına tələbat azalmaqdadır. Sənayenmiz bu çətinliklərin qarşısında necə dayana bilər? Birinciai sektordakı rentabellilik artırılmalı, dayanıqlılıq və davamlılıq bizim sənayemizə sirayət etməlidir. Bütün bunları biz şirkətlərin məhsuldarlığını artırmaqla tənzimləyə bilərik. Qeyd etdiyim kimi digər bir fakt da dayanıqlıqlıqdır ki, bu da artıq sənayedə tətbiq olunmağa başlanılıb. Zaman, vaxt da əslində bizim üçün ən vacib amillərdəndir. Burada rəqəmsallaşdırmadan danışıldı. Bu əslində yeni deyil. Bu sektorda ilk rəqəmsallaşma 80-ci illərdə tətbiq olunub. Lakin rəqəmsallaşma tək texnologiya ilə bağlı deyil. Düzdür texnologiya bizə məhsuldarlıqda çox böyük kömək edə bilər. Amma süni intellekt, komputer heç vaxt insanı tam əvəz edə bilməyəcək".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər