330x110
 

Azərbaycan ucuz və tez hazırlanan yeməklər üzrə populyar ölkələrin ilk beşliyindədir

16.10.2019,14:53


16 oktyabr, Fineko/abc.az. “TurStat” Turizm portalı Rusiyalı turistlər arasında ucuz və tez hazırlanan yeməklər üzrə populyar ölkələrin reytinqini təqdim etdi.

TurStat”ın məlumatında deyilir ki, reytinq populyar turizm istiqamətlərində Biqmak burgerinin qiymətlərinin müqayisəsinin nəticələrinə əsasən tərtib edilib.

“MDB ölkələri ucuz və tez hazırlanan yeməklər ilə populyar turizm istiqamətlərinin ilk beşliyinə daxildir”, - deyə məlumatda bildirilir.

Turstatın məlumatına görə, Rusiyalı turistlər arasında populyar olan ölkələrdə, Biqmak burgeri Rusiyada ən ucuz - 135 rubl, Avrozonada (290 rubl) isə ən bahadır.

"Azərbaycanda bu burger 4 manat (150 rubl), Türkiyədə 152 rubl, Polşada 179 rubl, Vyetnamda 181 rubl, Çində 191 rubl, Çexiyada 234 rubl, Taylandda 252 rubl, BƏƏ-də - 258 rubl təşkil edəcək", - deyə məlumatda bildirilir.