330x110
 

AMB 170 milyon manat həcmində qısamüddətli notlar yerləşdirdi

16.10.2019,15:39


16 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

BFB-in məlumatında deyilir ki, 16 oktyabr  tarixində AMB 50102876S dövlət nömrəli, 170 milyon manat həcmində, 28 gün müddətinə qısamüddətli notlar təklif etmişdir.

14 investor tərəfindən qiyməti 99.5158 AZN (6.26%) olan 24 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 547,248,700.00 AZN olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5158 AZN (6.26%), orta ölçülmüş qiyməti 99.5158 AZN (6.26%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi    170 milyon AZN təşkil etmişdir.

Notların ödəmə tarixi 14.11.2019.