Bu il MDB ölkələrinə 2 mlrd. dollardan çox məhsul idxal edilib

16:01 - 16.10.2019


16 oktyabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, cari  ilin doqquz ayında Azərbaycandan MDB ölkələrinə 853 milyon 336 min dollar dəyərində məhsul ixrac edilib. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 125 milyon 621 min dollar çoxdur.

Qeyd olunur ki, doqquz ayda MDB ölkələrinə idxal edilən məhsulun dəyəri isə 2 milyard 426 milyon 870 min dollar olub.

 

Bütün xəbərlər