330x110
 

“Bank Respublika”-da yeni TƏYİNAT

16.10.2019,16:52


16 oktyabr, Fineko/abc.az. Ölkənin aparıcı banklarından biri olan “Bank Respublika” daha bir peşəkar mütəxəssisi komandasına cəlb etməklə işçi heyətini yenə gücləndirib.

Belə ki, Yaşar Kərimov “Bank Respublika”nın Biznesin İnkişafı və Rəqəmsal Transformasiya üzrə İdarə Heyətinin Sədrinin müşaviri təyin olunub.

Bu barədə ABC.AZ saytına bankdan məlumat verilib.

Məlumatda qeyd olunur ki, bank sahəsində böyük təcrübəyə malik olan Y. Kərimov daha öncə müxtəlif vaxtlarda “Expressbank”da İnformasiya texnologiyaları, Biznesin inkişafı və Pərakəndə Bankçılıq Departamentlərinin rəhbəri olub. Adıçəkilən şəxs 2005-ci ildə Marketinq ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr, 2008-ci ildə isə magistr dərəcəsini bitirib.