Şahin Mustafayev: Son 3 il ərzində qeyri-neft sektorunda artım ürəkaçan deyil

12:04 - 17.10.2019


17 oktyabr, Fineko/abc.az. Son 3 il ərzində qeyri-neft sektorunda artım ürəkaçan deyil. Bunun əsas səbəbləri kimi mən maliyyələşmə ilə bağlı problemləri qeyd edərdim.

Bu sözləri İqtisadiyyat naziri  Şahin Mustafayev oktyabrın 15-də  Prezidenti İlham Əliyevin yanında keçirilən keçirilən iqtisadi müşavirədə söyləyib.

“Çünki Sahibkarlığın İnkişafı Fondu vasitəsilə bu ilin 9 ayında 130 milyon manat verilib, ilin sonuna qədər 170 milyon manat nəzərdə tutulub və icra olunacaq. Amma 130, ya 170 milyon manat sahibkarlığın maliyyələşdirilməsi üçün kifayət qədər vəsait deyil, çünki bank sektoru tərəfindən kifayət qədər maliyyələşmə həyata keçirilmir.” –deyə Nazir bildirib.

 

Bütün xəbərlər