330x110
 

Bakıdan Avropaya dəmir yolu ilə konteyner qatarı göndərilir - İLK DƏFƏ

17.10.2019,14:01


17 oktyabr, Fineko/abc.az. "Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə Çex Respublikasına Çin istehsalı olan məişət texnikası göndərilib.

ABC.AZ xəbər verir ki, yükdaşımanın operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu konsorsiumudur.

 Azərbaycanı konsorsiumda "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "ADY Container" MMC təmsil edir. Çin-Avropa istiqamətində bu marşrutun "Orta koridor" kimi tanıdılmasında iştirakçı ölkələrin hər birinin, o cümlədən Azərbaycanın əvəzsiz rolu var. Marşrutun işləməsi üçün iştirakçı ölkələrin dövlət başçıları, aidiyyəti qurumları arasında davamlı olaraq görüşlər keçirilir, müzakirələr aparılır. Prezident İlham Əliyevin Çinə səfərləri zamanı aparılan müzakirələrdə də bu məsələ daim gündəmdə olub.

Müəllif: Elmir Murad