330x110
 

Azərbaycanda mobil bankçılıq hansı səviyyədə inkişaf edib? - AÇIQLAMA

17.10.2019,15:11


17 oktyabr, Fineko/abc.az. Bütün sahələrdə olduğu ki, bank sektorunda da rəqəmsallaşma sürətlə gedir. Artıq dünyanın bir çox ölkələrində ən qabaqcıl mobil bankçılıq sistemi tətbiq olunur. Belə ki, hazırda insanlar ödənişləri mobil telefondan istifadə edərək də ödəyə bilir. Bu telefonlara yüklənmiş olan tətbiqlər sayəsində mümkün olur.

Bəs Azərbaycanda bununla bağlı məsələ nə yerdədir?

ABC.AZ xəbər verir ki, bu suala ”ARB 24”-də qonaq olan “Paşa Bank”ın rəqəmsal məhsullar üzrə rəhbəri Səbinə Qurbanova cavab verərək bildirib ki, qlobal baxsaq bir neçə ilə çox güman ki, fiziki olaraq ödəniş kartlarının insanların üzərlərində daşınmasına ehtiyac qalmayacaq və bazar artıq buna gedir.

S. Qurbanova sözügedən məsələnin Azərbaycanda hansı səviyyədə inkişaf etməsinə də münasibət bildirib: “Artıq ölkəmizdə də görürəm ki, Apple Pay üzərindən hansısa addımlar atılmaqdadır. Amma android üzərindən bunun artıq mümkün olduğunu görürük. “Samsung Pay” buna açıqdır. Bəzi ölkələrdə bu “QR” kod üzərindən həyata keçirilir. Bu baxır buna əhalinin nə dərəcədə hazır olmasına, nə qədər maarifləndirilməsinə və buna ehtiyacın hansı dərəcədə olmasına. Bunun bizim ölkədə son zamanlar potenzasiya NFC texnologiyaları üzərindən artıq tətbiqlərinə başlanılıb”.

Müəllif: Elmir Murad