330x110
 

Sahil Babayev: Gələn il 63 milyon manat özünüməşğulluq layihəsinə yönəldiləcək

17.10.2019,15:12


17 oktyabr, Fineko/abc.az. İşsizlikdən Sığorta Fondunun gəlirləri çərçivəsində növbəti ildə 128,2 milyon manatlıq büdcə formalaşdırılıb. Burada artım 30 faizdən çoxdur.

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev oktyabrın 15-də  Prezidenti İlham Əliyevin yanında keçirilən keçirilən iqtisadi müşavirədə söyləyib.

Nazir bildirib ki, bu məbləğin 111 milyon 900 min manatı məhz işsizlikdən sığorta haqlarının yığımlarına yönəldiləcək. Eyni zamanda, cari ildən gözlənilən 16 milyon manatlıq qalıq vəsait növbəti ildə xüsusilə özünüməşğulluq proqramının maliyyələşdirilməsinə yönəldiləcək.

Çıxışını davam etdirən Sahil Babayev dedi: Xərclərimiz 128 milyon 200 min manat məbləğində nəzərdə tutulur və bunun ana xəttini İşsizlikdən Sığorta Fondu hesabına maliyyələşdirilən özünüməşğulluq layihəsi təşkil edir, 63 milyon manat vəsait məhz özünüməşğulluq layihəsinə yönəldiləcəkdir. Gələn il ərzində sırf İşsizlikdən Sığorta Fondu hesabına 11 min ailənin özünüməşğulluq layihələrində iştirakının maliyyələşdirilməsi planlaşdırılır.