330x110
 

AGBank-ın müştərilərə verdiyi kreditlər azalıb - 14 FAİZƏ YAXIN

17.10.2019,16:30


17 oktyabr, Fineko/abc.az. Azərbaycanda daha bir bankın maliyyə vəziyyəti məlum olub.

ABC.AZ xəbər verir ki, AGBank bu ilin yanvar-sentyabr aylarını əhatə edən dövr üçün hesabatını açıqlayıb.

Hesabata əsasən, bankın cəmi aktivləri 448 milyon 420 min manat təşkil edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 39 milyon 370 min manat və ya 8,07% azdır. Ötən ilin 9 ayı ilə müqayisədə bu il bankın öhdəlikləri də azalıb. Belə ki, ötən illə müqayisədə bankın öhdəlikləri 45 milyon 976 min manat və ya 10,34% azalaraq 398 milyon 619 min manata düşüb.

Bu il bankın cəmi kapitalı 49 milyon 800 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 605 min manat və ya 15,19% çoxdur.

AGBank bu il müştərilərinə 228 milyon 248 min manat kredit verib. Bu 2018-ci ilin yanvar-sentyabr ayı ilə müqayisədə 13,41% azdır.

"AGBank"ın 2018-ci illə müqayisədə Mərkəzi Bank qarşısında öhdəliyi 17,75% azalaraq 32 milyon 900 min manat təşkil edib.

Bank ötən illə müqayisədə bu il zərərini 3 milyon 839 min manat və ya 62,70% azaldıb. Nəticədə bank 2 milyon 283 min manat zərər edib. Bu ötən ilin 9 ayı ilə müqayisədə 2,6 dəfə azdır. Belə ki, ötən ilin 9 ayının son nəticəsində bank 6 milyon 122 min manat zərər etmişdi.

Müəllif: Elmir Murad