SOCAR AQŞ Türkiyədə yeraltı qaz anbarlarının inşası layihəsinə başlayır

09:59 - 18.10.2019


18 oktyabr, Fineko/abc.az. Oktyabrın 17-də İstanbulda SOCAR AQŞ ilə “China CAMC Engineering Co., Ltd. - IC İçtaş İnşaat Sanayi ve Ticaret A.Ş.” birgə müəssisəsi arasında “Duz gölü yeraltı qaz anbarlarının genişləndirilməsi” layihəsi çərçivəsində müqavilə imzalanıb.

Xəbər verilir ki, müqaviləyə əsasən, SOCAR AQŞ Duz gölü ərazisində 40 quyunu qazaraq sifarişçiyə təhvil verəcək. Nəzərdə tutulan müqavilənin dəyəri 100 milyon ABŞ dolları civarındadır.

Layihə çərçivəsində qazılacaq quyularda 4 milyard kubmetr təbii qazın ehtiyatda saxlanılması nəzərdə tutulur.

 

Bütün xəbərlər