330x110
 

Neft cümə axşamı günü bahalaşdıqdan sonra cümə günü ucuzlaşır, “Azeri Light” 0,5% ucuzlaşıb

18.10.2019,10:29


18 oktyabr, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,32 ABŞ dolları və yaxud 0,5% azalıb və bir barelə 63,29 dollar təşkil edib.

Dünənki artımdan sonra cümə günü neftin qiyməti enir.

Oktyabrın 17-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in dekabr fyuçersi $0,49 (0,82%) artaraq $59,91 təşkil etmişdir.

Saat 9:25-də Brent markalı neftin dekabr fyuçersi $0,36 (0,60%) enərək $59,55 təşkil edib.

NYMEX birjasında oktyabrın 17-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin noyabr fyuçersi $0,57 (1,07%) artaraq $53,93 təşkil etmişdir.

WTI markalı neftin noyabr fyuçersi  saat 9:25-də $0,14 (0,26%) ucuzlaşaraq $53,79 təşkil etmişdir.