Bu şirkətin təsisçisi kompaniyadan çıxdı – KAPİTALI AZALDI

10:40 - 18.10.2019


18 oktyabr,Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən şirkətin təsisçisi kompaniyadan çıxdığını elan edib.

ABC.AZ xəbər verir ki, bu barədə elan “Vergilər” qəzetində yerləşdirilib.

Elanda qeyd olunub ki, "AZƏR- TÜRK MED" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Ersadık Turan təsisçilikdən çıxır.

Təsisçinin təsisçilikdən çıxması ilə əlaqədar "AZƏR-TÜRK MED" MMC-nin kapitalı azaldılacaq. "AZƏR- TÜRK MED " MMC-nin kreditorları bir ay ərzində cəmiyyətə müraciət edə bilələr.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər