Bu bankın 9 ayda mənfəəti artıb – 1 MİLYON MANATDAN ÇOX

11:51 - 18.10.2019


18 oktyabr, Fineko/abc.az. Bank “BTB” ASC 2019-cu ilin 9 ayını əhatə edən maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ xəbər verir ki, hesabata əsasən, sözügedən dövrü bank 4 milyon manat xalis mənfəətlə başa vurub.

Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankın xalis mənfəəti 1 milyon 817 min manat və ya 83 % artıb. Nəticədə Bank BTB 2019-cu ilin 9 ayını 3 milyon 999 min manat xalis mənfəətlə bitirib. 2019-cu ilin 9 ayının nəticələrinə əsasən Bank “BTB” ASC-nin aktivləri 311 milyon 957 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.03 %-ə yaxın artım deməkdir.

Qeyd edək ki, bəhs olunan dövr ərzində əmanətlərdə 3% artım qeydə alınıb və nəticə etibarilə əmanət portfeli 119 milyon 549 min manatadək yüksəlib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər