Bank “BTB” maliyyə göstəricilərini açıqlayıb – KREDİT PORTFELİ ARTIB

12:01 - 18.10.2019


18 oktyabr, Fineko/abc.az. Bank “BTB” ASC-nin faiz gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 121 min manat artaraq 16 milyon 25 min manat, qeyri-faiz gəlirləri isə 4 milyon 608 min manat təşkil edib.

ABC.Az xəbər verir ki, bu rəqəmlər bankın 2019-cu ilin 9 (yanvar-sentyabr) ayını əhatə edən maliyyə göstəricilərində açıqlanıb.

Hesabata əsasən, 2019-cu ilin növbəti rübü üçün digər müsbət göstərici bank müştərilərinin sayının 24% artmasıdır. Bank yanvar-sentyabr 2019-cu il tarixləri arasında kredit portfelini 23% artıraraq ümumi kredit portfelini 217 milyon 675 min manatadək yüksəldə bilib. Bank BTB korporativ bankçılıq sahəsində də fəaliyyət dairəsini genişləndirməkdə davam edir. Belə ki, bank fiziki şəxslərlə yanaşı, korporativ müştərilərinə təqdim etdiyi xidmət və məhsulların çeşidi genişləndirərək, bir çox əməliyyatların dövriyyəsinin artmasına da müsbət təsir göstərməyi bacarıb. Statistikaya əsasən, son 9 ay ərzində Bank BTB-nin bütün növ ödəniş kartları üzrə ümumi dövriyyəsi 98 milyon AZN (keçən ilin eyni dövri ilə müqayisədə 59,4 % artım) həcmini ötüb.

Qeyd olunan görstəricilərlə yanaşı bankın açıqladığı maliyyə hesabatına əsasən ani likvidlik əmsalı sözügedən dövrdə 7% artaraq 53%-ə çatıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər