330x100
 

2017-ci ilin 10 ayı ərzində Azərbaycan əhalisi 73,36 min nəfərə qədər artıb

15.12.2017,11:46


15 dekabr, Fineko/abc.az. Azərbaycan əhalisinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsində deyilir ki, ölkə əhalisi 2017-ci ilin yanvar-oktyabr aylarında 73 360 nəfər və ya 0,7% artmışdır.

Cari ilin noyabr ayının 1-nə Azərbaycan əhalisinin sayı 9 883 341 nəfər təşkil etmişdir.

Azərbaycanda əhali sıxlığı hər kvadrat kilometrə 114 nəfər təşkil edir.

Ölkə əhalisinin 53%-i şəhərlərdə, 47%-i isə kəndlərdə yaşayır. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni isə qadınlar təşkil edir.

Yanvar-oktyabr aylarında respublikada 120,035 min körpə doğulub. Cari ilin 10 ayı ərzində hər 1000 nəfərin doğum səviyyəsi 14,8 təşkil edir. Doğulmuş uşaqların 53,1%-ni oğlanlar, 46,9%-ni isə qızlar təşkil edir. Hesabat dövrü ərzində Azərbaycanda  2,134 min əkiz və 42 üçəm dünyaya gəlib.

Eyni dövr ərzində  Azərbaycanda  47,695 min nəfər vəfat edib. Hər 1000 nəfərə düşən ölüm səviyyəsi  5,9 təşkil edir.

Ötən ilin 10 ayı ərzində respublikada 52,061 min nikah və 12,191 min boşanma qeydə alınıb.

Yanvar-oktyabr ayları ərzində Respublikanın Daxili İşlər Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin müvafiq strukturları tərəfindən Azərbaycana daimi yaşayış məqsədi ilə gələn 2,599 min nəfər və ölkəni tərk etmiş 1,579 min nəfər qeydə alınıb.

 

Açar sözlər: əhali