Cari ildə avtomobil benzininin və dizel yanacağının istehsalı artıb

15:11 - 18.10.2019


18 oktyabr, Fineko/abc.az. Cari ilin doqquz ayında ölkədə1 milyon 635,4 min ton dizel yanacağı, 914,9 min ton avtomobil benzini, 202,4 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 460,1 min ton ağ neft, 95 min ton yanacaq mazutu, 17 min ton sürtkü yağları, 185 min ton neft bitumu və 189,1 min ton neft koksu istehsal edilib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Qeyd olunur ki, yanvar-sentyabr aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 400,9 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə 1 % azalıb.

Neft məhsullarından sürtkü yağlarının, neft bitumunun, ağ neftin, neft koksunun istehsalı azalıb. Avtomobil benzininin, yanacaq mazutunun, dizel yanacağının, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə artıb.

 

Bütün xəbərlər