330x110
 

Azərbaycanda nahar fasiləsi etmədən işləyən banklar – Siyahı

18.10.2019,15:15


18 oktyabr, Fineko/abc.az. Bəzən insanlar işlərinin çoxluğundan banklara getməyə vaxt tapmır, məcbur qalaraq nahar fasiləsində getməyə çalışırlar.

Bir çox hallarda üz tutmaq istədikləri bankların nahar fasiləsi zamanı işləyib-işləmədiklərindən məlumatsız olurlar.

Bunu nəzərə alan ABC.AZ nahar fasiləsində hansı bankların işlədiyinə aydınlıq gətirib. Araşdırma zamanı məlum oldu ki, əksər banklar nahar fasiləsi zamanı çalışsalar da, bəzilərinin baş ofisləri yox sadəcə filialları işləyir.

Həmin bankları sizə təqdim edirik:

 

Bank Nahar fasiləsi
AccessBank Fəaliyyət göstərir
AFB Bank Sadəcə Baş ofis fəaliyyət göstərir
AGBank Baş ofis və "Elmlər" filialı
fəaliyyət göstərir
Amrahbank Fəaliyyət göstərir
ASB Bank Fəaliyyət göstərir
Atabank Fəaliyyət göstərir
Azər Türk Bank Fəaliyyət göstərir
Bank Avrasiya Fəaliyyət göstərir
Bank BTB Fəaliyyət göstərir
Bank Respublika Fəaliyyət göstərir
Premium Bank Fəaliyyət göstərir
Beynəlxalq Bank Şöbələr istisna olmaqla filiallar fasiləsiz fəaliyyət göstərir
Expressbank Fəaliyyət göstərir
Kapital Bank Fəaliyyət göstərir
Muğanbank Fəaliyyət göstərir
NBC Bank Sadəcə Baş ofis fəaliyyət göstərir
Nikoil Bank Fəaliyyət göstərir
Paşa Bank Fəaliyyət göstərir
Rabitəbank Fəaliyyət göstərir
Turanbank Sadəcə Baş ofis fəaliyyət göstərir
Unibank Fəaliyyət göstərir
VTB Bank Azərbaycan Fəaliyyət göstərir
Xalq Bank Sadəcə Bakı şəhərindəki filiallar fəaliyyət göstərir
Yapı Kredi Bank Azərbaycan Fəaliyyət göstərir
Ziraat Bankı Fəaliyyət göstərir

 

 

Müəllif: Elmir Murad