Doqquz ayda Azərbaycanla İsrailin ticarət dövriyyəsi 1 mlrd. dollardan çox olub

15:17 - 18.10.2019


18 oktyabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, cari ilin doqquz ayında Azərbaycanla İsrailin ticarət dövriyyəsinin həcmi 1 milyard 105 milyon 911 min dollar təşkil edib.

Bildirilir ki, hesabat dövründə Azərbaycandan İsrailə ixrac edilən məhsulların dəyəri 1 milyard 67 milyon 679 min dollar təşkil edib. İxracın dəyəri ötən ilin eyni aylarına nisbətən 66 milyon 888 min dollar artıb. Belə ki, keçən ilin 9 ayında ölkəmizdən İsrailə 1 milyard 791 min dollarlıq məhsul ixrac edilib.

Bu ilin 9 ayında Azərbaycanın İsraildən idxal etdiyi məhsulların dəyəri isə 38 milyon 232 min dollar olub.

Qeyd edək ki, İsrail Azərbaycanın ticarət dövriyyəsi apardığı əsas ölkələrin siyahısında 7-ci pillədə qərarlaşıb.

 

Bütün xəbərlər