Cari ildə 26 milyard kubmetr qaz hasil olunub

16:01 - 18.10.2019


18 oktyabr, Fineko/abc.az. 2019-cu ilin üçüncü rübündə ölkə üzrə 9,4 milyon tondan artıq neft, 8,7 milyard kubmetr qaz hasil edilib.

Bu barədə SOCAR-ın üçüncü rüb üzrə hesabatında qeyd olunur.

Bildirilir ki, cari ilin 9 ayı ərzində ümumilikdə 26 milyard kubmetr qaz hasil olunub. Üçüncü rüb də daxil olmaqla bu il yeraltı anbarlara 2,1 milyard kubmetr təbii qaz vurulub. Hazırda qaz anbarlarında 2,9 milyard kubmetr qaz var və anbarlara qazın vurulması prosesi davam etdirilir.

 

Bütün xəbərlər