330x110
 

PwC-nin gəlirləri 7% artaraq, 42.4 milyard dollara çatıb

18.10.2019,16:20


18 oktyabr, Fineko/abc.az. 30 iyun 2019-cu il tarixində başa çatan il üzrə PwC beynəlxalq şəbəkəsinə üzv olan şirkətlərin gəlirləri yerli valyutada 7% və ABŞ dollarında 4% artaraq ümumi 42.4 milyard ABŞ dolları təşkil etmişdir.

2019-cu maliyyə ilində PwC şəbəkəsində çalışan işçilərin ümumi sayı 10% artaraq 276,005 nəfər təşkil edib.  Əvvəlki illərdə olduğu kimi, 157 ölkənin 742 şəhərində 1,008 ofisə malik olmaqla, geniş coğrafiyanı əhatə edirik. 2019-cu maliyyə ilində PwC şəbəkəsi daxilində 69,734 nəfər, o cümlədən 38,053 universitet məzunu və 26,749 nəfər təcrübəli mütəxəssis işə götürülmüşdür. 1 iyul 2019-cu il tarixində PwC qlobal şəbəkəsinə 760 yeni partnyor qəbul edib. PwC şəbəkəsində partnyorlar arasında qadın əməkdaşlarımızın sayının 2006-cı ilə nisbətən 13% artaraq 2019-cu ildə 21%-ə çatmasına baxmayaraq, partnyorlar arasında gender bərabərliyini təmin etmək üçün hələ görüləcək çox işlər var.

“Dünyada və Azərbaycanda şirkətlərin üzləşdiyi ən aktual problemlərdən biri də insanların mövcud bacarıqları və rəqəmsal dövr üçün tələb olunan biliklər arasında artan uyğunsuzluğun nəzərə çarpmasıdır. Təşkilatların, hökumətlərin və təhsil işçilərinin bu problemi birlikdə həll etməsinə böyük zərurət yaranmışdır və bu işdə biznes mühüm rol oynayır. Növbəti dörd il ərzində biz bütün dünyada işçilərimizin peşəkar inkişafına, ilk növbədə işçilərimiz üçün təlimlərin keçirilməsinə, eyni zamanda yeni texnologiyaların işlənib hazırlanması və müştərilərimiz və cəmiyyətə tətbiq edilməsinə 3 milyard ABŞ dolları sərmayə yatırılmasını planlaşdırırıq. Azərbaycanda biz də bu təşəbbüsə qoşuluruq”- PwC Azərbaycanın ölkə üzrə İdarəedici Partnyoru, Mövlan Paşayev öz açıqlamasında bildirdi. 

Açar sözlər: PWC