Türkiyədə dollar ucuzlaşdı – 2 FAİZDƏN ÇOX

16:56 - 18.10.2019


18 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi dünən Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanla ABŞ Prezidentinin Köməkçisi Mayk Pens arasında görüş keçirilib. Görüşdə Türkiyənin Suriyada PKK və YPG birliklərinə qarşı əməliyyatlarının müvəqqəti dayandırması barədə razılıq əldə edilib.

ABC.AZ xəbər verir ki, razılıqdan dərhal sonra dollar Türkiyədə ucuzlaşmağa başlayıb. Belə ki, dünən də bu gün də lirə 1%-dən çox bahalaşıb.

Ekspertlər dolların lirə qarşısında 2%-dən çox ucuzlaşmasının yeganə səbəbinin Türkiyə ilə ABŞ-ın anlaşması və rəsmi Ankaranın Suriyadakı əməliyyatlarına fasilə verməsi olduğunu göstərirlər. Ehtmal olunur ki, bu anlaşmadan sonra dollar biraz da lirə qarşısında ucuzlaşmaqda bir neçə gün davam edəcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər