Doqquz ayda neft-qaz sektorunda 23 mlrd. manata yaxın məhsul istehsal olunub

17:14 - 18.10.2019


18 oktyabr, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin doqquz ayında ölkənin neft-qaz sektoruna 3 milyard 799,4 milyon manat vəsait yönəldilib.

Qeyd olunur ki, yanvar-sentybar aylarında neft-qaz sektorunda 22 milyard 959,7 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin neft-qaz sektorunda məhsul istehsalı əvvəlki ilin eyni ayları səviyyəsində olub. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 1,1% çoxalıb. Sənaye məhsulunun 69,9%-i mədənçıxarma sektorunda istehsal olunub.

Sentyabrda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 4,3%, o cümlədən mədənçıxarma sənayesi üzrə 5,5% bahalaşıb.

Ötən ayın əvvəlinə iqtisadiyyatın neft sektorunda 34,7 min nəfər çalışıb. Yanvar-avqust aylarında neft sektorunda nominal əməkhaqqı isə 3 min 73,7 manat təşkil edib.

 

Bütün xəbərlər