Neft Fondunun gələn il üçün büdcə gəlirləri 12,3 mlrd. manat nəzərdə tutulur

17:22 - 18.10.2019


18 oktyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il üçün büdcəsinin gəlirləri 12 milyard 384,1 milyon manat nəzərdə tutulur.

Bu barədə gələn ilin dövlət və icmal büdcələri üzrə layihələrə istinadən xəbər verilir.

ARDNF-in 2020-ci il üçün büdcəsinin xərcləri 11 milyard 560 milyon manat təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 4,3 milyon manat azdır.

ARDNF-dən dövlət büdcəsinə transfertin yuxarı həddi 11 milyard 350 milyon manat səviyyəsində nəzərdə tutulur ki, bu da 2019-cu illə müqayisədə 14,3 milyon manat və ya 0,1 faiz azdır.

© Azertag.az

 

Bütün xəbərlər