Azərbaycan Prezidenti xarici pasport və şəxsiyyət vəsiqələri ilə bağlı yeni rüsumlar təsdiqləyib

12:34 - 15.12.2017


15 dekabr, Fineko/abc.az. Dünən Azərbaycan Prezidenti “Dövlət rüsumu haqqında” Qanuna dəyişikliklərin edilməsi barədə qanun imzalayıb.

2018-ci ildən xarici pasport və şəxsiyyət vəsiqəsinin itirilməsi ilə əlaqədar yenidən verilməsinə görə dövlət rüsumlarının artırılması təsdiq edilib.

Qanuna edilmiş və 1 yanvar 2018-ci il tarixindən qüvvəyə minəcək dəyişikliklərə əsasən, şəxsiyyət vəsiqəsinin 10 iş günü müddətində verilməsi halında dövlət rüsumunun həcmi 15 manat (əvvəlki rüsumun həcmi 5 manat olub), 3 iş günü müddətində 35 manat (25 manat), bir iş günü müddətində isə 45 manat (35 manat) təşkil edəcək.

Xarici pasportun itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə dövlət rüsumunun həcmi, pasportun sahibinin yaşından asılı olaraq,  20 manatdan 170 manata qədər təşkil edəcək. Həmin dövlət  rüsumları xairici pasportun 10 iş günü müddətində verilməsi halında tutulacaq.

 

 

14.3-1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə:

14.3-1.1. 10 iş günü müddətində verildikdə

15 manat

14.3-1.2. 3 iş günü müddətində verildikdə

35 manat

14.3-1.3. 1 iş günü müddətində verildikdə

45 manat

 

14.1-1. Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə:

 

14.1-1.1. on iş günü müddətində verildikdə

 

14.1-1.1.1. bir yaşınadək uşaqlar üçün

20 manat

14.1-1.1.2. bir yaşından üç yaşınadək uşaqlar üçün

30 manat

14.1-1.1.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün

40 manat

14.1-1.1.4. on səkkiz yaşına çatmış vətəndaşlara

50 manat

14.1-1.2. beş iş günü müddətində verildikdə

 

14.1-1.2.1. bir yaşınadək uşaqlar üçün

30 manat

14.1-1.2.2. bir yaşından üç yaşınadək uşaqlar üçün

50 manat

14.1-1.2.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün

70 manat

14.1-1.2.4. on səkkiz yaşına çatmış vətəndaşlara

90 manat

14.1-1.3. bir iş günü müddətində verildikdə

 

14.1-1.3.1. bir yaşınadək uşaqlar üçün

50 manat

14.1-1.3.2. bir yaşından üç yaşınadək uşaqlar üçün

90 manat

14.1-1.3.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün

130 manat

14.1-1.3.4. on səkkiz yaşına çatmış vətəndaşlara

170 manat

 

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun
məbləği

33-3.1. Hüquqi şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsinə görə:

 

33-3.1.1. üç iş günü müddətində verildikdə

20 manat

33-3.1.2. beş iş günü müddətində verildikdə

10 manat

33-3.2. Fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsinə görə

 

33-3.2.1. üç iş günü müddətində verildikdə

10 manat

33-3.2.2. beş iş günü müddətində verildikdə

5 manat

 

 

 

Bütün xəbərlər