Azərbaycan qızıl hasilatını artırıb

15.12.2017,12:39


15 dekabr, Fineko/abc.az. 2017-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda qızıl hasilatı 3,2 dəfə artaraq 5669 kq təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin noyabr ayında 563,5 kq qızıl hasil edilib.

2016-cı ildə Azərbaycanda 1894,1 kq qızıl hasil edilib, hasilat enişi isə 15% təşkil edib.

 

Açar sözlər: qızıl