Azərbaycanda daha bir xarici şirkət - Bağlandı

10:50 - 21.10.2019


21 oktyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdən daha biri bağlanıb.

ABC.AZ xəbər verir ki, bu barədə elan “Vergilər” qəzetində yerləşdirilib.

Elanda qeyd olunub ki, "Hyulet Pakard İnternəşnl Treyd Bİ.Vİ." şirkətinin Azərbaycandakı filiali ləğv olunur. Kreditorlar iki ay ərzində tələblərini AZ1005 Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 69, İSR PLAZA, Mərtəbə 16 ünvanına bildirə bilərlər. Qeyd edək ki, şirkətin Azərbaycandan başqa bir çox ölkələrdə, o cümlədən Qazaxıstanın Almatı şəhərində də filialı mövcuddur. Şirkət kompüter və onun detallarının satışı ilə məşğuldur.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər