Böyük Britaniya Azərbaycan iqtisadiyyatına 27 milyard dollardan çox sərmayə qoydu

12:40 - 15.12.2017


15 dekabr, Fineko/abc.az. Dünən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri, Hökumətlərarası Komissiyanın Britaniya tərəfdən həmsədri Baronessa Rona Ferhed ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin məlumatında deyildiyi kimi, Şahin Mustafayev bildirib ki,   Azərbaycan iqtisadiyyatına Böyük Britaniya tərəfindən qoyulan investisiya  27 milyard dolları ötüb.

Nazir həmçinin qeyd edib ki,  Azərbaycan Böyük Britaniya ilə qeyri-neft sektoru sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

“Vurğulanıb ki, Britaniya şirkətləri Sumqayıt Kimya Sənaye Parkına və digər parklara investisiya qoya, neft-qaz sənayesində istifadə olunan avadanlıqları birgə istehsal edə, Azərbaycanda dərman preparatlarını, tibbi avadanlığını birgə istehsal edə bilər”, - nazirlikdən belə deyilib.

Həmçinin, qida sənayesi məhsullarının istehsalı, ət və süd emalı üzrə müasir müəssisələrin, heyvandarlıq təsərrüfatlarının yaradılmasına investisiyalar qoyula bilər.

 

Bütün xəbərlər