330x110
 

Məqsədimiz daxili bazarda elektron ticarətin payını artırmaqdır – Nazir

21.10.2019,12:29


21 oktyabr, Fineko/abc.az. "Azərbaycanda elektron ticarət ümumi ticarətdə 14 faiz paya malikdir".

ABC.AZ xəbər verir ki, bunu 2-ci Bakı Elektron Ticarət Forumunda (BEF-2019) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib.

Onun sözlərinə görə, texnoloji yeniliklər elektron ticarətdə yeni imkanlar açır: “Qarşıdakı bir neçə ildə dünyada elektron ticarətin sürətlə inkişaf edəcəyi proqnozlaşdırılır. Ölkəmizdə də elektron ticarətin inkişafı üçün lazımi şərait mövcuddur. Hazırda Azərbaycandakı internet istifadəçiləri daha çox xarici elektron ticarət platformalarından istifadə edirlər. Məqsədimiz daxili bazarda elektron ticarətin payını artırmaq eyni zamanda milli məhsullarımızı xarici bazarlara çıxarmaqla elektron ticarəti təşviq etməkdir".

Müəllif: Elmir Murad