330x110
 

Doqquz ayda toplanmış sığorta haqları açıqlanıb – 2 MİLYON MANATDAN ÇOXDUR

21.10.2019,12:37


21 oktyabr, Fineko/abc.az. İcbari Sığorta Bürosu (İSB) bu ilin 9 ayında Yaşıl Kart sistemi çərçivəsində bağlanılmış sığorta müqavilələri və sığorta hadisələri üzrə həyata keçirilmiş ödənişləri açıqlayıb.

Bürodan ABC.AZ-a bildirilib ki, yanvar–sentyabr aylarında Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququna sahib sığortaçılar tərəfindən 39 min 509 sığorta şəhadətnaməsinin satışı həyata keçirilib. Bu isə ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 18 faiz artıqdır.

Hesabat dövründə Yaşıl Kart beynəlxalq sığorta müqavilələri üzrə sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqları keçən ilin eyni aylarına görə 15 faiz artaraq 2 milyon 240 min 973 manat təşkil edib.

Digər tərəfdən, bu ilin 9 ayında 206 sığorta hadisəsi üzrə 790 min 933 manat sığorta ödənişi həyata keçirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərinin həcmində 23 faiz artım qeydə alınıb.

Müəllif: Elmir Murad