“AzIntelecom” auditor axtarır

12:48 - 21.10.2019


21 oktyabr, Fineko/abc.az. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AzIntelecom” MMC 2019-2020-ci illər üçün maliyyə hesabatlarının auditi xidmətlərinin satın alınması məqsədilə açıq tender elan edir. Tenderdə iştirak haqqı 600 manatdır.

Elanda qeyd olunur ki, iddiaçılar tenderlə bağlı sualları https://www.etender.gov.az/  portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

İddiaçılar tenderdə iştirak üçün  sənədləri 7 noyabr 2019-cu il saat 15.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 18 noyabr 2019-cu il saat 15.00 -a qədər təqdim etməlidirlər. İddiaçıların təklifləri 19 noyabr 2019-cu il saat 15.00-da açılacaq. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada aparılır.

 

Bütün xəbərlər