Müflis olan banklardakı əmanətlərin qaytarılması barədə yeni AÇIQLAMA

14:04 - 21.10.2019


21 oktyabr, Fineko/abc.az. “Müflis olan banklarda məbləği 17 min manat və ya 10 min dollardan çox olmayan qorunmayan əmanətlərin qaytarılmasına başlanılıb. Bizə ünvanlanan suallardan biri də qaytarılacaq əmanət məbləğinin necə hesablanması ilə bağlıdır”.

 ABC.AZ xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Sualın yəni, 17 min manat yalnız əsas əmanət məbləğinə aiddir yoxsa bankın vətəndaşa olan ümumi borcuna olduğunu qeyd edən ekspert cavab verərək bildirib ki, bəzi vətəndaşımız bankda 15 min manat yerləşdirib və onun əmanətinə 3 min manat divident hesablanıb və vətəndaşa olan cəmi ödənilməli məbləğ 18 min manat olub. V.Bayramov məsələyə tam olaraq belə aydınlıq gətirib: “Həmin vətəndaş faizləri götürmədiyi üçün bank müflis olan zaman ona olan borc 17 min manatdan çox, yəni 18 min manat olub. Sığortalanmayan əmanətlərin qaytarılması ilə bağlı qaydalarda borc əsas məbləğ və faizlər üzrə fərqləndirilmədiyi üçün kompensasiya bankın vətəndaşa olan ümumi borcuna tətbiq olunur. Yəni, faizlər ilə birlikdə vətəndaşa ümumi əmanəti 17 min manatdan çoxdursa o halda kompensasiya ödənilmir. Bu o deməkdir ki, 15 min manat əmanəti olan və 3 min manat divident hesablanan, ancaq faziləri götürməyən şəxsin qorunmayan əmanəti geri qaytarılmır. Kreditlərə kompensasiya verilən zaman qalıq məbləğin əsas götürüldüyünü nəzərə alaraq qorunmayan əmanətlərdə də məbləğ 17 min manat çox olduğu halda əsas məbləğə əsasən ödəniş həyata keçirilməsi daha məqsədə uyğun olar. Bu halda dividentlər ilə ümumi alacaqları 17 min manatdan çox olan vətəndaşlarımız da kompensasiya ala biləcəklər. Məbləği 17 min manatdan az olan üçün əsas borc meyar olaraq götürülə bilər. Bu baxımdan, CESD qorunmayan əmanətlərin qaytarılması zamanı məbləği 17 min manat və ya 10 min dollardan çox olan hallarda bankın vətəndaşa olan ümumi borcuna deyil, əsas əmanət məbləğin nəzərə alınmasını təklif edir. Bu o deməkdir ki, ümumi alacağı 18 min manat olan amma əsas məbləği 15 min manat olan vətəndaşımızın da müflis olan bankdakı qorunmayan əmanətinin qaytarılmasına ehtiyac var.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər