14:44 - 21.10.2019
21 oktyabr, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) ticarətdə tələb-təklifin stimullaşdırılması, rəqabətli qiymətlərin formalaşdırılması və likvidliyin artırılması məqsədi ilə istiqraz bazarında marketmeyker fəaliyyəti üzrə stimullaşdırıcı tələblər müəyyən olunub.
ABC.AZ Bakı Fond Birjasına istinadən xəbər verir ki, BFB-nın İdarə Heyətinin 18 oktyabr 2019-cu il tarixli qərarı ilə marketmeyker fəaliyyətinin predmeti olan qiymətli kağızların siyahısına, habelə marketmeyker fəaliyyəti üzrə alış kotirovkasının minimal həcminə dəyişliklik edilib.
Dəyişikliklər aşağıdakı kimidir:
1. Azərbaycan Respublikasının üzv olduğu Beynəlxalq Maliyyə təşkilatları tərəfindən buraxılan qiymətli kağızlar marketmeyker fəaliyyətinin predmeti kimi təsdiq olunan 1-ci qrup qiymətli kağızların siyahısına daxil edilib.
2. Marketmeyker fəaliyyəti üzrə alış kotirovkasının minimal həcmi dəyişdirilərək aşağıdakı kimi müəyyən edilib:
1-ci qrup qiymətli kağızlar (Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin dövlət istiqrazları, Azərbaycan Respublikasının Mərkəzi Bankın notları, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları və Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq maliyyə təşkilatlarının buraxdığı qiymətli kağızlar) üzrə 300,000 (üç yüz min) manat;
2-ci qrup qiymətli kağızlar (digər emitentlər tərəfindən emissiya edilmiş korporativ istiqrazlar və səhmlər) üzrə 50,000 (əlli min) manat.
İndiyədək marketmeyker fəaliyyəti üzrə alış kotirovkasının minimal həcmi 1-ci qrup qiymətli kağızlar üzrə 1,5 milyon manat, 2-ci qrup qiymətli kağızlar üzrə isə 200,000 manat təşkil edirdi.
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024