İcbari tibbi sığorta ilə bağlı hərəkətə keçildi – ŞİRKƏTLƏRƏ TƏKLİFLƏR GÖNDƏRİLİR

15:09 - 21.10.2019


21 oktyabr, Fineko/abc.az. Bildiyiniz kimi gələn ilin əvvəlindən Azərbaycanda İcbari Tibbi Sığortanın bütün ölkə üzrə tam tətbiqinə başlanılacaq.

Artıq sözügedən sığortanın tətbiqinin vaxtına az qaldığını nəzərə alan ABC.AZ saytı hazırda bu sahədə hansı işlərin görüldüyü ilə bağlı kiçik araşdırmalar aparıb.

Araşdırma zamanı məlum oldu ki, artı bir sıra şirkətlər icbari tibbi sığorta ilə bağlı hərəkətə keçiblər. Belə ki, Azərbaycanda fəaliyyət göstərən bəzi sığorta şirkətləri özəl və dövlət qurumlarına işçilərinin icbari tibbi sığortalanması üçün təkliflər paketi göndərməyə başlayıblar. Bu da onu göstərir ki, artıq bu sahədə şirkətlər arasında rəqabət yaranıb. Yəni hansı sığorta şirkəti daha tez və çevik davranırsa təkliflər paketini ünvanladığı şirkət də işçilərinin sağlamlığını onlara etibar edir. İşçilərini sığortalamaq istəyən şirkətlər həm də təklif olunan sığorta paketlərindəki bəndləri də nəzərə alır. Təbii ki, hansı şirkətin paketində daha az vəsaitlə, daha çox təklifin olması böyük rol oynayır. Belə ki, ağıllı adamlar daha az vəsaitə, daha çox təklif olunan paketdən yararlanmağa çalışır.

Qeyd edək ki, bütün Azərbaycan ərazisində tətbiq olunmazdan əvvəl  prezidentin 2016-cı il 24 noyabr tarixli Fərmanı ilə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılıb və Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında pilot layihə şəklində tətbiq olunmağa başlanılıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər