Cari ildə 580,5 mln. manat tikinti materialları istehsal edilib

16:09 - 21.10.2019


21 oktyabr, Fineko/abc.az. Dövlət Statistika Komitəsindən  verilən məlumata əsasən, cari ilin doqquz ayında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 4,2 % artaraq 580,5 milyon manat təşkil edib.

Qeyd olunur ki, hesabat dövründə tikinti kərpicinin istehsalı 40,8%, tikinti əhənginin istehsalı 51,8%, hörmə üçün hazır beton qarışığının istehsalı 22,1% artıb.

Sementin istehsalı 1,2%, betondan yığma tikinti konstruksiyalarının istehsalı 57,4 %, tikinti gipsinin istehsalı isə 76,8 % azalıb.

 

Bütün xəbərlər