İpoteka kreditlərinin hissə-hissə ayrılmasına aydınlıq gətirildi - FONDDAN

11:22 - 22.10.2019


22 oktyabr, Fineko/abc.az. Bir müddətdir ki, ictimiayyət arasında gah ipoteka kreditlərinin verilməsində gecikmələrin olduğu, gah da müvəkkil banklara ayrılan vəsaitin hissə-hissə ayrıldığı iddia olunur.

İddialara aydınlıq gətirmək üçün Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna müraciət etdik.

Fonddan ABC.AZ-ın sorğusuna cavab olaraq bildirdilər ki, güzəştli ipoteka kreditləri illik qaydada dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına, adi ipoteka kreditləri isə Fondun cəlbetmə imkanlarına və əhali arasında bu kreditlərə formalaşmış potensial tələbə uyğun Fond tərəfindən daxili maliyyə bazarlarından cəlb edilmiş vəsaitlər hesabına verilir. “Əvvəlki dövrlərdə də ipoteka kreditlərinin maliyyələşdirilməsi üzrə limitlərin ayrılması müvəkkil bankların müraciətləri əsasında tranşlarla həyata keçirilib” deyə Fonddan bidlirilib və ipoteka kreditlərinin bütöv deyil, hissə-hissə ayrılmasına da aydınlıq gətirilib: “Vəsaitin bu formada ayrılmasına səbəb qeyd etdiyimiz kimi, Fond tərəfindən dövri olaraq ipoteka bazarında formalaşmış tələbin izlənilməsidir. İpoteka kreditlərinə tələbin artması müşahidə edildiyi hallarda, kreditləşmənin davamlılğının təmin edilməsi məqsədilə Fondun cəlbetmə imkanları çərçivəsində müvəkkil banklara əlavə limitlərin ayrılması məsələsinə baxılır”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər