330x110
 

Kənd Təsərrüfatı Nazirliyi tender elan edir

22.10.2019,12:26


22 oktyabr, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyi videokonfrans və monitorinq mərkəzinin yaradılması üçün avadanlıqların satın alınması məqsədilə tender keçirir. Tenderdə iştirak haqqı 500 manatdır.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak üçün sənədləri 12 noyabr 2019-cu il saat 18.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 

20 noyabr 2019-cu il saat 18.00-a qədər https://www.etender.gov.az  portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 21 noyabr 2019-cu il saat 11.00-da açılacaq.

Həmçinin qeyd olunur ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.