Cari ildə TANAP boru kəməri ilə 1,8 mlrd. kubmetrədək Azərbaycan qazı nəq edilib

14:25 - 22.10.2019


22 oktyabr, Fineko/abc.az. Cari ildə TANAP boru kəməri ilə 1,8 milyard kubmetrədək Azərbaycan təbii qazı nəq edilib.

SOCAR-a istinadla xəbər verilir ki, bu ilin 9 ayında TANAP-la 1 milyard 798 milyon kubmetr qaz nəql olunub.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP boru kəməri bu il iyulun 1-dən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. Keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. Türkiyə bu vaxtadək TANAP-la 2,7 milyard kubmetr Azərbaycan təbii qazı alıb. Cari ilin sonunadək isə bu həcm 4 milyard kubmetrə çatacaq. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

Layihə üzrə kapital xərcləri 8 milyard dollardır və bu vaxtadək TANAP-a təqribən 6 milyard dollar xərclənib. TANAP-ın səhmdarları layihə üzrə illik 1,45 milyard dollar gəlir əldə edəcəklər. Həmin gəlirin 58 faizi Azərbaycanın payına düşəcək.

 

© Azertag.az 

Bütün xəbərlər