Hansı Bank informasiya texnologiyalarının inkişafına 17 milyon manat xərcləyib? – Azərbaycanda

14:35 - 22.10.2019


22 oktyabr, Fineko/abc.az. Müasir dövrdə baklar mobilbank sistemini daha da inkişaf etdirmək və əməliyyatları insan təması olmadan həyata keçirməyə çalışır. Avropa və inkişaf etmiş ölkələr artıq bu prosesə qoşulub və mobil bankçılığı uğurla tətbiq edirlər.

Bəs görəsən Azərbaycan banklarında mobil bankçılıq hansı səviyyədədir və onun inkişafı üçün hansı addımlar atılıb?

Bu sualla ilk olaraq PAŞA Banka müraciət etdik.

Bankdan ABC.AZ-ın sorğusuna cavab olaraq bildirdilər ki, informasiya texnologiyaları (İT) seqmenti PAŞA Bankın əsas investisiya sahələrindən biridir. Belə ki, bankda 2018-ci ildə İT infrastrukturunun inkişafı üçün ayrılan vəsaitin həcmi təqribən 17 milyon manat olub. “Həmçinin informasiya təhlükəsizliyi seqmentinə təxminən 1,7 milyon manat vəsait ayrılıb. Bu rəqəmlər bazarın orta göstəricilərindən xeyli yüksəkdir” deyə bankdan sorğumuza cavablarında deyiblər.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər