Daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək

14:37 - 22.10.2019


22 oktyabr, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki Komissiya daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmənin (11 min manat) verilməsinə dair qərar qəbul edib.

ABC.AZ nazirlikdən verilən məlumata istinadən xəbər verir ki, birdəfəlik ödəmələr yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürüləcək.

Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüquqlarının olduğu müəyyən edilib. Onlardan artıq 11 740 şəhidin 17 479 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatı işləri aparılıb.

Qeyd olunur ki, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 96 faiz icra olunub.

 

Bütün xəbərlər