Milli Məclis "Büdcə sistemi haqqında" qanuna dəyişiklik edib

16:25 - 22.10.2019


22 oktyabr, Fineko/abc.az. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Büdcə sistemi haqqında" qanuna dəyişiklik edilib.

Xəbər verilir ki, dəyişikliyə əsasən, bundan sonra növbəti ilin icmal büdcəsinin xərcləri müəyyən edilərkən proqnozlaşdırılan inflyasiya səviyyəsi nəzərə alınacaq.

Yəni İcmal büdcəsinin xərclərinin yuxarı həddinin builki xərclərin indeksləşdirilmiş məbləğinin 103%-i qədər olmasına icazə veriləcək.

Layihə səsə qoyularaq qəbul edilib.

© Report.az

 

Bütün xəbərlər