Lənkəranda binaların dam örtüyünün dəyişdirilməsinə 2,3 mln. manat ayrıldı

16:41 - 22.10.2019


22 oktyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Lənkəran rayonunda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən Lənkəran rayonunda 90 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 2,3 milyon manat ayrılıb.

 

Bütün xəbərlər