Ünvanlı sosial yardımın ictimaiyyət arasındakı reputasiyası pisdir - Ekspert

10:52 - 23.10.2019


23 oktyabr, Fineko/abc.az. Hazırda ən çox müraciət edilən, eləcə də müzakirə edilən sosial proqram ünvanlı sosial yardım proqramıdır.

Bizim qiymətləndirmə də göstərir ki, ünvanlı sosial yardım proqramının təkmilləşdirilməsinə ehtiyac var.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov təşkilatın sosial istiqamətdə hansı islahatların aparılması ilə bağlı hazırladığı mexanizmin qısa təsvirini təqdim edirkən deyib.

“Biz təklif edirik ki, proqramın re-brendinqi həyata keçirilsin. Monitorinqlərimiz göstərir ki, vətəndaşlar arasında da ünvanlı sosial yardım proqramına “şeş-qoşa” adı verilib” deyə iqtisadçı bildirib. V.Bayramov ünvanlı sosial yardımın belə adlandırılmasının səbəbini də açıqlayıb: “Çünki bu proqram icra edilməyə başlayan zaman, uzun müddət ünvanlı sosial yardım proqramı çərçivəsində 6 ay məmurun, 6 ay ünvanlı sosial yardım alacaq vətəndaşın prinsipi, yəni “6-6” prinsipi ilə əlaqəlidi. Doğrudur, artıq bu problemlər aradan qaldırlıb. Amma bu sözügedən proqrama olan inamın formalaşmasına səbəb olmur. Hazırda da ünvanlı sosial yardım proqramının ictimaiyyət arasındakı reputasiyası kifayət qədər pisdir. Ümumiyyətlə, bu adı dəyişmədən həmin proqram çərçivəsində islahatların aparılması praktiki olaraq mümkünszüdür”.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər