Rövnəq Abdullayev Türkmənistanda SOCAR Trading nümayəndəliyinin açılmasını təklif edib

11:09 - 23.10.2019


23 oktyabr, Fineko/abc.az. Oktyabrın 22-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Aşqabadda keçirilən 24-cü “Türkmənistan Neft və Qaz - 2019” sərgi və konfransında iştirak edib.

Bu barədə ABC.AZ şirkətdən verilən məlumata istinadən xəbər verir.

SOCAR-ın prezidenti “Dünya enerji bazarlarının inkişaf təmayülləri və əməkdaşlıq perspektivləri” mövzusuna həsr olunmuş konfransda çıxışında bu gün SOCAR qlobal miqyasda inteqrasiya olunmuş enerji şirkəti kimi fəaliyyət göstərdiyini qeyd edib.

 SOCAR-ın Xəzər hövzəsində və onun xaricində malik olduğu müasir sənaye kompleksləri, neft və qaz məhsullarının nəqli üçün transmilli infrastruktur və qlobal ticarət şəbəkəsinə malik olması Türkmənistanın neft və qaz subyektləri ilə müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini gündəmə gətirmişdir.

Beləliklə, öz çıxışında Türkmənistan ilə əməkdaşlığın yeni səviyyəyə gətirilməsinə işarə edən Rövnəq Abdullayev, Türkmənistanda SOCAR Trading nümayəndəliyinin açılmasını təklif etmişdir.

 

Bütün xəbərlər