Doqquz ayda dəmir yolu nəqliyyatı ilə 5 mln. tondan çox yük daşınıb

14:39 - 23.10.2019


23 oktyabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin doqquz ayında dəmir yolu nəqliyyatı ilə 5 milyon 261 min 318 ton yük daşınıb ki, bu yüklərin dəyəri 2 milyard 260 milyon 882 min dollar olub.

Qeyd olunur ki, yanvar-sentyabr aylarında dəmir yolu nəqliyyatı ilə ixrac olunan 1 milyon 669 min 809 ton yükün dəyəri 520 milyon 592 min dollar təşkil edib.

Eyni dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 3 milyon 591 min 508 ton, dəyəri isə 1 milyard 740 milyon 290 min dollar olub.

 

Bütün xəbərlər