Doqquz ayda büdcəyə 7 milyard manatdan çox vəsait yığılıb –Nazirlik Tərəfindən

14:46 - 23.10.2019


23 oktyabr, Fineko/abc.az. Vergilər nazirliyi 2019-cu ilin yanvar-sentyabr aylarında vergi daxilolmaları və şəffaflaşma sahəsindəki vəziyyətlə bağlı hesabat yayıb.

Nazirlikdən ABC.AZ-a daxil olan məlumata görə, sözügedən dövrdə aktiv vergi ödəyicilərinin, o cümlədən aktiv ƏDV ödəyicilərinin, habelə aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayının artması, qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin sayında və əməkhaqqı fondunda, iqtisadiyyatın ayrı-ayrı sektorlarında dövriyyələrin yüksək artım dinamikası, könüllü bəyanetmə səviyyəsinin yüksəlməsi vergi daxilolmalarına müsbət təsir edib.

Bəhs olunan dövrdə vergi orqanlarının xətti ilə icmal büdcəyə 7milyard 683,1 milyon manat vəsait daxil olub ki, bunun da 5 milyard 608,7 milyon manatı dövlət büdcəsinə ödənilmiş vergilər, 2 milyard 74,4 milyon  manatı isə Dövlət Sosial Müdafiə Fonduna ödənilmiş sosial və işsizlikdən sığorta haqlarıdır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər