Bank və sığorta sektorundandan büdcəyə daxilolmalar artıb – HESABAT

15:35 - 23.10.2019


23 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Vergilər nazirliyi 2019-cu ilin yanvar-sentyabr aylarında vergi daxilolmaları və şəffaflaşma sahəsindəki vəziyyətlə bağlı hesabat yayıb.

ABC.AZ xəbər verir ki, hesabata əsasən sözügedən dövrdə bir sıra vergi daxilolmaları üzrə artım qeydə alınıb.

Belə ki, torpaq vergisi üzrə daxilolmalarda artım 51,7 faiz, əmlak vergisi üzrə 41,9 faiz, mənfəət vergisi üzrə 24,5 faiz, ƏDV üzrə 20,2 faiz, aksizlər üzrə isə 4,8 dəfə təşkil edib. Hesabatda qeyd olunub ki, vergi daxilolmalarının strukturunda ƏDV, aksiz, əmlak və mənfəət vergilərinin xüsusi çəkisinin artımı müşahidə olunur. Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının strukturunda ƏDV-nin xüsusi çəkisi 34,4 faizə, mənfəət vergisi üzrə 26,1 faizə qalxıb.

Bəhs olunan dövrdə daxilolmalarda ən yüksək artım templəri rabitə sahəsində (34,5 faiz), bank və sığorta sektorunda (30,6 faiz), pərakəndə ticarət sektorunda (21,8 faiz), xidmət sektorunda (17,6 faiz), nəqliyyatda (14,2 faiz), digər fəaliyyət sahələrində (21,8 faiz) qeydə alınıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər