330x110
 

Vergilər Nazirliyi İqtisadiyyat Nazirliyinin tabeliyinə verildi

23.10.2019,16:06


23 oktyabr, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən, İqtisadiyyat Nazirliyi yanında yeni struktur təsdiq edilib.

İqtisadiyyat Nazirliyinin strukturuna Vergilər Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi verilib.

Fərmana əsasən, ilkin mərhələdə İqtisadiyyat Nazirliyinin ştat cədvəli dəyişməyəcək.

Fərman çərçivəsində Nazirlər Kabinetinə iki ay müddətində İqtisadiyyat Nazirliyinin yeni əsasnaməsinin layihəsini hazırlayıb ölkə Prezidentinə təqdim etmək tapşırılıb.