Cari ildə vergi ödəyicilərinin sayı 13 faiz artıb

16:28 - 23.10.2019


23 oktyabr, Fineko/abc.az. Bu ilin 9 ayında ƏDV üzrə daxilolmanın artım tempi 20 faizdən çox olub.

Bir sıra fəaliyyət sahələrində, o cümlədən ticarət, nəqliyyat, kənd təsərrüfatında və digər sahələrdə bu artım 30 faizdən yuxarıdır.

ABC.AZ xəbər verir ki, statistic rəqəmlər Vergilər nazirliyinin açıqladığı hesabatda qeyd olunub.

Belə ki, 2019-cu ilin yanvar-sentyabr aylarında regionlardan vergi daxilolmaları 12,2 faiz artıb, regionların ümumi vergi daxilolmalarında xüsusi çəkisi 10,2 faizə yüksəlib. İqtisadiyyatda leqallaşma prosesləri özünü aktiv vergi ödəyicilərinin, o cümlədən ƏDV ödəyicilərinin və aktiv obyektlərin sayında da büruzə verir. Bu ilin oktyabr ayının 1-nə ötən ilin müvafiq dövrü ilə müqayisədə aktiv vergi ödəyicilərinin sayı 13,0 faiz, aktiv ƏDV ödəyicilərinin sayı 38,5 faiz, aktiv obyektlərin sayı isə 12,6 faiz  artıb.

 

Bütün xəbərlər